Fəcr
06:30
Gün
08:00
Zöhr
13:25
Şam
19:09
Gecə
00:40
[email protected]
(012) 432 - 31 - 42
(070) 843 - 25 - 10
Azadlıq heç bir zaman verilmir, alınır!

Azadlıq heç bir zaman verilmir, alınır!

10:29, 04-04-2013 Baxılıb: 1190      

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM


İnsan həyatda özünə məqsəd təyin edəndə onda 2 hal baş verməlidir. 1-cisi məqsədi uğrunda ölümə hazır olmaq, 2-cisi indiyə kimi görünməyən özünəinam, məqsədyönlü, əzmkar və ciddi çalışqan olmasıdır. Əgər bu iki hal baş vermirsə, məqsədin həqiqiliyini yoxlamaq lazımdır.

Azərbaycanımızda   ilahiyyatçı və qeyri ilahiyyatçılar  ölkədə mövcud olan qeyri-qanuni islami məhdudiyyətlərə (orta məktəblərdə hicab qadağası, bəzi universitetlərdə hicaba qadağa cəhdləri, bəzi dövlət iş yerlərində hicaba qadağa cəhdləri və s.) müxtəlif yanaşma sərgiləyirlər. Bəziləri deyirlər səbr edək, bəziləri deyir kəskin çıxışlar edək, bəziləri deyir etiraz aksiyaları keçirək və s. Maraqlısı ondadır ki, bu zümrələrdən müəyyən zümrə  də digərlərini ittiham edir.

Ümumiyyətlə hər bir insan öz dərəcəsiylə düşünür. Qiyamət günü də insanlar öz ağıl və elmləri müstəvisində hesaba çəkiləcəklər. Xidmət xətti müxtəlif ola bilər. Haqq uğrunda kimisi sırf fiqhi və əxlaqi tədrislə məşğuldur, kimisi hüquqi maarifçiliklə, kimisi maddi qazancla dəstəkdir, kimisi də etirazyönümlü çıxışları ilə və s . Ona görə də bir qrup digərini tənqid etməsin. Çünki hamısı bu və ya digər formada xidmət edir. Bir – birlərini anlayışla qəbul etsinlər. Əlbəttə ki, vəziyyət elə duruma gələ bilər ki, bu haqq xidmətçiləri birləşməli və vəhdət qurmalı olsun. Onda da gərək bir araya gələ bilsinlər. Bu olduqca mühümdür.

Vay o gündən ki, məqsədsiz olaq. Ancaq gündəlik maddi qazancımızı düşünək, öz ailəmiz, öz işimiz və s. Bu durum artıq fəlakətdir. Çünki məqsədsizlik insanı dünya- axirətdə xoşbəxt etməz. Məqsədsiz insan aldanmışdır. Məhz məqsədsiz insanlara görə bu gün dünyanı zülm bürümüşdür. Zalımlar bu məqsədsizlikdən cəsarət tapıb zülmə əl atırlar. Qarşısındakından reaksiya görsə mütləq özünü yığışdıracaqdır.

Deməli bu həyatda məqsədsiz olsaq, yalnız zəruri ehtiyaclarımızı düşünüb dünyanın qulu olsaq əmin olaq ki, dünyadakı zalımların zülmünə şərikik və onlara dəstək veririk.

Məqsədsiz insan oturub gözləyir ki, hər şey yaxşı olacaq, səbrli olmaq lazımdır. Əlindən gələni də etmir. Öz sahəsi üzrə öhdəsinə düşəni etmir.
Halbuki, BU DÜNYADA AZADLIQ HEÇ VAXT VERİLMİR, ALINIR!

 

Sosial psixologiya üzrə tədqiqatçı Vüsal Nadiroğlu

"Azad Xəbər" internet qəzeti

 

 

Система Orphus  Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın

DİGƏR XƏBƏRLƏRİ

Xəbər Lenti
Video xəbər
Valyuta.com
  • 2010 - 2014 | Azadxeber.Net
  • Müəllif hüquqları qorunur.
  • Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
  • Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Рейтинг@Mail.ru