Sübh azanı |
Gün çıxır |
Zöhr azanı |
Məğrib azanı |
Gecə yarısı |
USD 0.7842 | EUR 1.0625 | RUR 0.0225 | TRL 0.3460 | Xam Neft 98.23 | Təbii Qaz 5.01 | Benzin 2.66 | Qızıl 1242.20 | Gümüş 19.11 | Mis 3.24 |
“Azərbaycanda tanınmış qəzet rəhbərləri pulla alınıb”
14-02-2014 15:59
229 Baxış

Share on facebook Share on twitter Share on google Share on print
Aslan İsmayılov: “Hal-hazırda tanınmış qəzetlər içində bir dənə “Azadlıq”dır ki, onu da hər tərəfdən boğurlar”
 
“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığının illik indeksini açıqlayıb. Media azadlığı indeksində 180 ölkə arasında Azərbaycan 160-cı yerdə dayanır. Təşkilat  vurğulayıb ki, bu ölkədə jurnalistlərin və blogerlərin həbsinin artdığı şəraitdə media plüralizmi təhlükə altındadır. Telekanallar nəzarət altındadır, əsas xarici radiolar qadağan edilib, əsas müxalifət qəzeti iqtisadi cəhətdən “son nəfəsini” verir. Azərbaycan ötən il “Sərhədsiz reportyorlar”ın reytinqində 156-cı olub. Ermənistan siyahıda 78-ci, Gürcüstan 84-cüdür. 
 
Sözügedən siyahının obyektivliyi ilə bağlı açıqlama verən hüquq müdafiəçisi, tanınmış vəkil Aslan İsmayılov maraqlı fikirlər səsləndirdi. 
 
Müsahibin sözlərinə görə, Azərbaycanda mətbuata basqının olması göz qabağındadır: “Bu basqı əvvəlki illərdə olduğu kimi kobudcasına həyata keçirilmir. Azərbaycanın aparıcı telekanalları arasında bir dənə də olsun sərbəst telekanal yoxdur. ANS telekanalı vaxtı ilə az-çox sərbəst idi ki, onu da boğdular. Qəzetlər içində isə tanınmış qəzetlərin başçılarını pulla ələ alaraq problemi həll etdilər. Hal-hazırda tanınmış qəzetlər içində bir dənə “Azadlıq”dır ki, onu da hər tərəfdən boğurlar. Bu baxımdan Azərbaycanda mətbuatın boğulmasına dair səsləndirilən fikirlərin hamısı doğrudur.”/faktxeber.com
Share on facebook Share on twitter Share on google Share on print
Ana Səhifə | Başlanğıc səhifəm et | Haqqımızda | Əlaqə | RSS
Azadxeber Net ® 2010 - 2014
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Рейтинг@Mail.ru