Fəcr
00:00
Gün
00:00
Zöhr
00:00
Şam
00:00
Gecə
00:00
[email protected]
(012) 432 - 31 - 42
(070) 843 - 25 - 10
Ev telefonu istifadəçilərinə xoş xəbər

Ev telefonu istifadəçilərinə xoş xəbər

10:37, 29-11-2013 Baxılıb: 340      
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib. Bu barədə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib.
 
Onun sözlərinə görə, xidmət operatorun telekommunikasiya qovşaqları hüdudunda (Bakı şəhəri və paytaxtın qəsəbələri) göstərilir: "Vətəndaşlar yeni yaşayış yerinə köçərkən telefon nömrəsini saxlaya bilərlər".
 
X.Kişiyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:
 
"Gələcəkdə xidmətin respublika ərazisi üzrə genişləndirilməsi istisna edilmir. Bu, "Bakı Telefon Rabitəsi" və "Aztelekom"un birgə səyləri sayəsində mümkün olacaq".
 
Xidmətin tətbiqi fiksasiya edilmiş rabitə abonentlərinə operatorun dəyişdirilməsi halında öz telefon nömrəsini saxlamağa imkan verəcək. Nömrənin daşınması abonent nömrəsinin bir operatorun şəbəkəsindən digərinin şəbəkəsinə tam miqrasiyasını nəzərdə tutur./trend.az
Система Orphus  Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın

DİGƏR XƏBƏRLƏRİ

Xəbər Lenti
Video xəbər
Valyuta.com
  • 2010 - 2014 | Azadxeber.Net
  • Müəllif hüquqları qorunur.
  • Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
  • Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Рейтинг@Mail.ru