Fəcr
06:30
Gün
08:00
Zöhr
13:25
Şam
19:09
Gecə
00:40
[email protected]
(012) 432 - 31 - 42
(070) 843 - 25 - 10
Həbsxanalarımızın hakimi kimdir: dövlət, yoxsa kriminal aləm?

Həbsxanalarımızın hakimi kimdir: dövlət, yoxsa kriminal aləm?

16:04, 19-07-2013 ARAŞDIRMA Baxılıb: 411      
Mehman Sadıqov: “Kriminal aləmdə nüfuz qazanmış şəxslər müəssisəni idarə etmirlər”
 
Xəbər verdiyimiz kimi, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hazırladığı hesabatda istintaq təcridxanalarında və cəzaçəkmə müəssisəslərində dustaqların vəziyyətinin ağır durumda olması qeyd olunur: "1 saylı Bakı İstintaq müasir Avropa standartlarına uyğun olaraq dövlətin külli miqdarda vəsaiti hesabına tikilib istifadəyə verisə də, çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. 
 
Daha sonra hesabatda qeyd olunur ki, 1 saylı Bakı İstintaq Təcridxanasında və 2 sayli Gəncə İstintaq Təcridxanasında ”vəziyyət” yəni “varavskoy polojeniya” mövuddur. 
 
Cəzaçəkmə müəssisələrində vəziyyət
 
"Rəsmi məlumatlara görə Azərbaycanda 20 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 30 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət çəkirlər. 
Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir”, -deyə hesabatda bildirilir. 
 
Hesabatda o da qeyd olunur ki, CÇM-ə təzə gələn dustaqlara qarşı alçaldıcı formada axtarış əməliyyatı aparılır (bir- birinin göz qabağında lüt soyundurub axtarış aparırlar) və sonra "karantin" adlanan otaqda geyri- normal şəraitdə saxlayırlar . 
 
Ən ağır şərait 
 
Ən ağır şəraitə malik Cəza Çəkmə Müəssisələrindən birinin 14-saylı CÇM olduğu vurğulanır. Buna səbəb yuxarıda Müəssisəyə yaxın ərazidə daş karxansının olmasıdır. 14 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkmiş keçmiş vicdan məhbusu Arif Hacılı Azərbaycan həbsxanalarında və vaxtilə özünün saxlandığı müəssisədə vəziyyətin bərbad halda olduğunu bildirir. O eyni zamanda məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğunu qeyd edib; “Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız 1 nömrəli Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara cavab verir. Lakin Bayıl, MTN, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda Şüvəlan və Gəncədə yerləşən təcridxanaların da vəziyyəti çox acınacaqlı durumdadır”. 
 
"QARA SİYAHI"
 
Hesabatda məhbuslara daha çox işgəncə verən vəzifəli şəxslərin yer aldığı iddia edilən siyahı da daxil edilib:
 
1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir
2. Əlzamin Quliyev- 14 saylı CÇM- də rejim rəisi
3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi
4. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin növbətçi hissə rəisi
5. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN Kursantlar Məktəbinin rəisi təyin olunub
6. Azər Seyidov- Bakı İstintaq Təcridxanasının rəisi
7. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının rəisi 
8. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi
9. Aftandil Ağayev- 12 saylı CÇM- nin rəisi
10. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi
 
Mehman Sadıqov: "Hesabat şayiələr əsasında hazırlanıb"
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Bizim Yol"a açıqlamasında bildirb ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans qeydiyyatdan keçmədiyi halda, şayiələrə və həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq hesabat hazırlayıb. Sadıqov ilk əvvəl dustaqların yatdığı yataqxanaların "barak" adlandırılmasına münasibətini açıqlayıb: “Barakın mənası tamamilə fərqlidir. Hardasa 40-50-ci illərdə SSRİ vaxtında nəinki cəzaçəkmə müəssisəsində, eyni zamanda xam torpaqlarda tikinti aparanda müvəqqəti yaşayış yerləri - "barak" deyilən o binalar tikilib. Taxtadan düzəldilmiş çarpayılar qoyurmuşlar insanlar orda yatırmışlar. İndi "barak" deyəndə gülməli səslənir. Guya monitorinq keçirərək hesabat hazırlayanlar çox yaxşı bilirlər ki, bunlar "barak" deyil yataqxanalardır".
 
Mehman Sadıqov yataqxanaların şəraiti ilə bağlı hesabatda yer alan fikirlərə də münasibət açıqlayıb: "Həmin yataqxanalar hər il bir neçə dəfə təmir olunur. Bizim müsaqir tipli cəzaçəkmə müəssisələrimiz var. Amma o ki, qaldı SSRİ-vaxtından qalan köhnə cəzaçəkmə müəssisələrinə, onlarda bir neçə dəfə həm əsaslı, həm də adi təmir aparılıb və bu binalar məhkumların saxlanmasında hər hansı bir problem yaratmırlar. Lazımi qaydada təmir də, istilik sistemi də, normal işıqlandırma da var. Sanitariya qaydalarına tam riayət olunur".
 
"Heç bir CÇM-i kriminal şəxslər idarə etmir"
 
Penitensiar Xidmətin sözçüsü təcridxana və müəssisələrdə “varavskoy polojeniya”, yəni kriminal aləmdə nüfuzlu şəxslərin söz sahibi olması ilə bağlı hesabatdakı məqamları qətiyyətlə təkzib edir: "Bizim heç bir cəzaçəkmə müəssisəmizdə kriminal aləmdə nüfuz qazanmış şəxslər müəssisəni idarə etmirlər. Tamamilə həqiqətə uyğun olmayan məlumatdır. Hətta deyırdim ki, cəfəngiyyatdır".
 
Məhbuslara daha çox işgəncə verən vəzifəli şəxslərlə bağlı tərtib olunmuş siyahı barədə Mehman Sadıqovun fikirləri belə oldu: "Dövlət qeydiyyatından keçməmiş bir qurumun belə bir şey yazması hər şeydən əlavə qanuna ziddir. O "qara siyahı"ya özlərini salsınlar. Bizim cəzaçəkmə müəssisəsində heç bir siyahı da yoxdur. Bu,o deməkdir ki, onların qanunazidd hərəkətlərinə qarşı çıxan, bu cür hərəkətlərin qarşısını alan məmur onların gözündə başqa siyahıdadır. bizim cəzaşəkmə müəssisələrinin qanunvericiliyin keşiyində duran rəhbərlərinin qeydiyyatsız, heç kim tərəfindən tanınmayan və qəbul edilməyən bir qurum tərəfindən cəfəng bir siyahıya alınması tamamilə gülünc və hüquqazidd məsələdir”. /bizimyol
 
Система Orphus  Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

Xəbər Lenti
Video xəbər
Valyuta.com
  • 2010 - 2014 | Azadxeber.Net
  • Müəllif hüquqları qorunur.
  • Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
  • Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Рейтинг@Mail.ru