Fəcr
00:00
Gün
00:00
Zöhr
00:00
Şam
00:00
Gecə
00:00
[email protected]
(012) 432 - 31 - 42
(070) 843 - 25 - 10
Vəkili "Lotu Quli" haqqında danışdı

Vəkili "Lotu Quli" haqqında danışdı

16:40, 25-07-2013 Baxılıb: 921      
Cinayət aləminin nüfuzlusu, “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun vəkili Kamandar Nəsibov  müvəkkilinin Gürcüstana təhvil verilməsi xəbərindən danışıb. Vəkil hazırda Bakıda, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli”nin Gürcüstana 
ekstradisiya olunacağı haqda məlumatların həqiqət olmadığını açıqlayıb. Vəkil deyib ki, bu məsələ Penitensiar Xidmətdə heç müzakirə də olunmur. 
 
“Nadir Səlifov Gürcüstan vətəndaşıdır, cinayət işinin materiallarında isə onun Azərbaycan vətəndaşı olduğu göstərilir. Nadir Səlifovda hazırda da Sovet Sosialist Respublikaları İttifaqının pasportudur. Hamıya məlumdur ki, Nadir Səlifov Azərbaycan vətəndaşı deyil və o Azərbaycan pasportunu almaq həvəsi ilə alışıb yanmır.  O, öz pasportunu Gürcüstanda alıb, Gürcüstanda yaşayıb, periodik olaraq Azərbaycana gedib-gəlib. Onun bütün doğmaları Gürcüstanda yaşayırlar. Paradoks bundadır ki, Azərbaycan məmurları digər Gürcüstan vətəndaşlarına Azərbaycan vətəndaşlığı vermək üçün min-bir bəhanə düşünürlər, insanlar 20 il növbə gözləyirlər, övladları Azərbaycanda hərbi xidmətə gedirlər, vergi ödəyirlər və yalnız uzun-uzadı yalvar-yaxardan sonra dövlət onlara vətəndaşlıq verir. Çox vaxt da bundan imtina olunur. Nadir Səlifovu isə Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycan vətəndaşı elan edirlər” - deyə vəkil bildirib.
  
Qeyd edək ki, bir qədər əvvəl N.Səlifovun Gürcüstanda yaşayan qohumlarının ölkə parlamentinə onun ekstradisiya olunması üçün müraciət hazırladıqları haqda məlumat yaymışdı. Həmin sənəddə “qanuni oğru”nun Gürcüstan vətəndaşı olması qabardılır və bu səbəbdən onun Gürcüstana ekstradisiyasının vacibliyi gündəmə gətirilmişdi. Həmin vaxt N.Səlifovun vəkili K.Nəsibovun müvəkkilinin Gürcüstana ekstradisiya ilə bağlı məsələnin gündəmə gəldiyini təsdiqləmişdi. Demişdi ki, N.Səlifovun ailəsi və qohumları ilə görüşünə problemlər yaradılır. Onun həbsxanadan çıxmamasını təmin etmək üçün süni əngəllər ortaya çıxır: “Nadirin bütün qohumları Gürcüstanda yaşayır. Qohumlarının onunla görüşü mümkün olmur. Xaricdə yaşayan xanımı və övladlarından başqa digər şəxslərərə görüş üçün imkan verilmir. Bəzən hətta elə olur ki, uşaqları 3 ay gözləyib, gəlsələr də görüşə icazə verilmir. Bütün bunları nəzərə alaraq “Lotu Quli”nin qohumları onun Gürcüstana ekstradasiyası ilə bağlı müraciət hazırlayıb. Mən də burada məhkəməyə müraciət edəcəyəm”. /musavat.com
 
Система Orphus  Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın

DİGƏR XƏBƏRLƏRİ

Xəbər Lenti
Video xəbər
Valyuta.com
  • 2010 - 2014 | Azadxeber.Net
  • Müəllif hüquqları qorunur.
  • Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
  • Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Рейтинг@Mail.ru